Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:56

Belarus hökuməti tənqid edilir


Belarusda prezident seçkisinin ardınca müxalifətin etiraz aksiyasının sərt şəkildə yatırdılması beynəlxalq ictimaiyyətin tənqid hədəfi olmaqda davam edir.

Beynəlxalq müşahidəçilər və Qərb dövlətləri seçkilərin «qüsurlu» keçdiyini deyib və dekabrın 19-da Minskdə kütləvi etirazlar zamanı həbs olunan yüzlərlə adamı təcili olaraq azad etməyə çağırıb.

AB-nin Genişlənmə Komissarı Stefan Fuele Belarus hökumətini ən son tənqid edənlərdəndir. O, polisin hərəkətlərini pisləyib:

«Biz anlayırıq ki, 600-dən çox adam həbsxanadadır və prezidentliyə namizədlərin çoxu onların arasındadır. Bu, qəbuledilməzdir».

Belarus rəhbərliyi bildirib ki, həbs olunan fəallar 5 gündən 15 günədək inzibati cəza alıb. Həbs olunan 7 müxalifət namizədindən 5-i hələ də həbsdədir və iğtişaşın təşkilində iştirakları sübuta yetirilərsə 15 ilədək azadlıqdan məhrum edilə bilərlər.
XS
SM
MD
LG