Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:56

BP Azərbaycanda «Çıraq» platformasında işləri bərpa edib


Xəzərin Azərbaycan sektorunda «Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi üzrə operat BP şirkəti «Çıraq» yatağında yerləşən platformadan yüngül neft hasilatını bərpa edib. Bu barədə çərşənbə axşamı Trend-ə «BP Azerbaijan»dan deyiblər.

Platformanın işi dekabrın 11-də dayandırılmışdı. Hazırda platformadan hasilat əvvəlki rejimdə - 98 min barelə yaxın - bərpa edilib.

Platformada profilaktik təmir işləri aparılıb.

Profilaktik işlərə görə Bakı-Supsa neft boru kəmərinin işi də dayandırılmışdı.

Digər platformalar, xüsusən «Azəri» və «Günəşli» yataqları və Sənqəçal neft terminalı işini davam etdirir.

«Azəri-Çıraq-Günəşli» layihəsinin iştirakçıları aşağıdakılardır: BP (operator - 34,43 faiz iştirak payı), «ChevronTexaco» (11,27 faiz), ARDNŞ (10 faiz), INPEX (10,96 faiz), «Statoyl» (8,56 faiz), «ExxonMobil» (8 faiz), TPAO (6,75 faiz), «Itochu» (4,3 faiz), «Hess» (2,72 faiz).
XS
SM
MD
LG