Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:45

Şahdağ Milli Parkında 3 gündür yanğın var


Qəbələ rayonunun Şahdağ Milli Parkında 3 gündür yanğın davam edir.

Qəbələ Dövlət Yanğından Mühafizə Xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, Rayonun Abrıq və Solqıca kəndlərinin ətrafındakı dövlət qoruğunda yanğın hadisəsi baş verir. Yanğın baş verən ərazidə sıldırım qayalar olduğundan həmin hissəyə texnika ilə yaxınlaşmaq mümkün deyil.

Əraziyə Rayon Yanğından Mühafizə Hissəsinin 30-dan çox əməkdaşı, FHN-in şimal-qərb regional mərkəzinin 20-dək xilasedicisi, o cümlədən ekologiya işçiləri göndərilib.

Yanğına ətraf kəndlərin sakinləri də cəlb olunub. Yanğın baş verən ərazidə əl əməyindən istifadə olunur. Yanğını söndürmək hələ mümkün deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG