Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:48

Oğurladıqları mal-qaranı avtomobildə bəsləyən dəstə saxlanıb


Saxlanılan şəxslər oğurladıqları xırda və iri buynuzlu mal-qaranı satılana qədər «Qazel» və «PAZ» avtomobillərində bəsləyirlərmiş.

Bu haqda Daşkəsən rayon polis şöbəsindən məlumat verilib.

Məlumata görə, oğurluqda təqsirli bilinən Goranboy rayon sakinləri, əvvəllər məhkum olunmuş Elzamin Bayramov, Vasif Musayev Əfqan Əliyev və Şəhriyar Abdiyev Daşkəsən rayonunun Əhmədli kəndinin ərazisindəki otlaq sahəsindən 10 baş iri buynuzlu heyvanı oğurlayıblar.

Cinayət dekabrın 17-də Daşkəsən rayon sakinlərinin rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmələri və yaradılmış əməliyyat tədbirləri nəticəsində açılıb.

İlkin dindirmələr zamanı məlum olub ki, dələduz dəstə Daşkəsənlə yanaşı Göygöl və Goranboy rayonlarından müxtəlif vaxtlarda çoxlu sayda xırda və iri buynuzlu mal-qaranı oğurlayıblar. Onları oğurluqda istifadə etdikləri 3 «Qazel» və 1«PAZ» markalı avtomobillərdə Daşkəsən rayon Polis Şöbənin önünə gətirilib.

Dörd nəfərlik dəstə oğurladığı mal-qaranı, bu xüsusi maşınların içərisində satılana qədər yemləyib, sonra isə Gəncənin və digər rayonların ət satışı ilə məşğul olan mağazalarına verirlərmiş.

Fakt ilə bağlı Daşkəsən rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi açılıb.
XS
SM
MD
LG