Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:45

Gəncəli cüdoçular ölkə çempionatında uğur qazanıb


Dekabrın 21-dən etibarən paytaxtda Şağan Olimpiya İdman Kompleksində cüdo üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı start götürüb.

İlk yarış günü Gəncəli idmançılar -73 kq-da Ramil Qasımov I, eyni çəkidə Amil Qasımov isə III olublar. Qadınlar arasında isə +78 kq-da Nərgiz İbrahimova I əldə edib. 57 kq-da yarışan digər həmşəhərlimiz Ayşə Bayramova III olub.

Bu gün yarışlarda 81 kq-dan +100 kq-dək olan pəhləvanlar mübarizəyə qoşulacaqlar. Qeyd edək ki, ölkə çempionatının qalibləri olimpiya yarışlarında iştirak etmək üçün lisenziya xarakteli turnirlərdə iştirak hüququ əldə edəcəklər.
XS
SM
MD
LG