Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:15

Sevinc Çılğının şeirləri "Ən yeni ədəbiyyat" seriyasında


Kultaz.com-un məlumatına görə, istedadlı şairə Sevinc Çılğının "Alaçarpa" şeirlər kitabı nəşrə hazırlanır.

Kitab "Qanun" nəşriyyatında "Ən yeni ədəbiyyat - Poeziya" seriyasından çap olunacaq.

Kitaba müəllifin son illərdə yazdığı seçmə şeirləri daxil edilib.

"Kitabdakı şeirlər ağlın tamamilə qeybə çəkildiyi anlarda doğulub. Adına sayıqlamalar da demək olar.

Bu şeirlər bəzən pırpız, bəzən isə hamardır – qadın saçları kimi. Ağ divara çırpılmış boyalar kimi nizamsız, ərsiz bir qadının evi kimi dağınıq, qadınsız bir kişinin köynəyi kimi ütüsüzdür.

Amma bir yavrunun baxışları kimi duru, əlləri kimi yeməli, ayaqları kimi mübarəkdir.

Bu şeirlərin içində "evinin bir küncündə dörd künc qədər xatirə"si olan qadınlar, çarpayısındakı yad kişi qoxularını çörək ağacına çevirən mədinələr, bəzən üsyan qoxuyan, bəzən özünə heyran, bəzən də özünü unudan qadınlar var.

Bu şeirlər qadınların yaralarına məlhəm deyil, duz səpir. Kim ağlasa, bizdən deyil"- deyə müəllif kitabın annotasiyasında bildirir.

Kitab yaxın bir neçə gün ərzində şəhərin kitab mağazalarında satışda olacaq.

Həmçinin oxu
Sevinc Çılğın. ŞEİRLƏR

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG