Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:41

Bolqarıstanı və Rumıniyanı Şengenə qoymadılar


Almaniya və Fransa Bolqarıstan və Rumıniyanın Şengen sazişinə qoşulmasına imkan vermədi.
Avropa Komissiyası bildirib ki, Fransanın və Almaniyanın daxili işlər nazirləri göndərdikləri məktublarında yazırlar ki, Bolqarıstanın və Rumıniyanın Şengenə qoşulması hələ tezdir.

Şengen sazişinə görə, yeni üzvə Şengen sazişinə daxil olan 25 ölkənin hamısı razı olmalıdır.
Fransa və Almaniya Bolqarıstanda və Rumıniyada korrupsiyanın və cinayətkarlığın yüksək olmasını əsas gətiriblər.

Vizasız gediş-gəlişə imkan verən Şengen sazişinə Avropa Birliyinin 22 ölkəsi və İsveçrə, İslandiya, Norveç daxildir.
XS
SM
MD
LG