Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:31
Yazıçı Şərif Ağayarın “Aftafalı Antrakt” adlı nəsr kitabı “E.L.” nəşriyyatında işıq üzü görüb.

Kitabda müəllifin bir povesti, 16 hekayəsi yer alıb. Kitab “Laçınsız ilk gün”, “Antrakt” və “Kosmos əsrinin gerçəkləri” bölmələrindən ibarətdir.

Kitabda oxucuların tərəfindən qəzet və jurnallarda, eləcə də internet saytlarında maraqla qarşılanan hekayələrlə yanaşı, yeni nümunələr də yer alıb.

Rəngarəng mövzuları əhatə edən hekayələrin çoxu son illər yaşanan hadisələrdən, Qarabağ faciəsinə düçar olmuş insanların çətin həyatından bəhs edir.

Kitab müəllif sözü ilə açılır və redaktor Əsəd Cahangirin yazara ünvanladığı təəssürat məktubu ilə davam edir.

“Aftafalı Antrakt” “Səhra məsnəvisi” (şeirlər) və “Kərpickəsən kişinin dastanı”ndan (povest) sonra müəllifin sayca üçüncü kitabıdır.

Kitabı “Əli və Nino” mağazalarından əldə etmək olar.


Kitabda yer alan "Kərpickəsən kişinin dastanı"nı oxu

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG