Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:52

Azərbaycan Avropa İttifaqı və Polşaya nota verib


Avropa Parlamentinin Ermənistan üzrə əsas məruzəçisi, Polşadan olan deputat Tomas Porebanın Dağlıq Qarabağa səfəri ilə bağlı dekabrın 21-də Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Rolan Kobiya və Polşanın Azərbaycandakı səfiri Mixal Labenda Xarici İşlər Nazirliyinə dəvət edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, baş vermiş hadisənin rəsmi Bakının ciddi etirazına səbəb olduğu qarşı tərəfin diqqətinə çatdırılıb və Azərbaycan tərəfinin etiraz notası təqdim edilib.

Məlumatda Azərbaycanın işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər edərək ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən xarici ölkə vətəndaşlarının Azərbaycana girişi arzuolunmaz şəxslər siyahısına daxil edildiyi də qeyd olunub.

Azərbaycan tərəfi Avropa İttifaqı institutları, eləcə də Polşa hökumətindən bölgədə mövcud vəziyyəti gərginləşdirməyə yönəlmiş bu cür addımlara qarşı zəruri tədbirlər görülməsini təkidlə xahiş edib.

Milli Məclisin dekabrın 21-də keçirdiyi iclasında Avropa Parlamentinə müraciət göndərmək qərara alınıb.
XS
SM
MD
LG