Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:56

Azərbaycan və Rusiya arasında dövlət sərhədinə dair müqavilə təsdiq olunub


Milli Məclisin dekabrın 21-də keçirilən iclasında “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” müqavilənin təsdiq edilməsi barədə qanun layihəsi qəbul olunub

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov müqavilənin dövlət sərhədlərini müəyyən etdiyini və onun təsdiqlənməsinin zəruriliyini diqqətə çatdırıb. O, müqaviləni sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı görülən işlərin nəticəsi kimi qiymətləndirib.

Deputat Zahid Oruc müqaviləni Azərbaycanın Rusiya ilə yaxşı münasibətlərinin nəticəsi olan tarixi sənəd adlandırıb.

Milli Məclis həmçinin “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” sazişi də təsdiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG