Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:28

Dini qanunvericiliyin tələblərini pozanlara qarşı cərimələr artırıldı


Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edib. Dəyişikliyə görə dini qanunvericiliyin tələblərini pozanlara qarşı cərimələr artırılıb.

Məcəllənin 299-cu (dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) və 300-cü (qanunsuz dini ədəbiyyatların təbliği) maddələrinə dəyişikliklərlə bağlı hazırlanan layihə qəbul edilib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması maddələrini pozan fiziki şəxslərdən tutulan 100 manatdan 300 manatadək cərimə 1500 manatdan 2000 manatadək, vəzifəli şəxslərdən tutulan 200 manatdan 500 manatadək cərimə isə 7000 manatdan 8000 manatadək artırılır.

Qanunsuz dini ədəbiyyat, əşya və nümunələr müsadirə edilməklə vətəndaşlar 2000 manatdan 2500 manatadək, vəzifəli şəxslər 8000 manatdan 9000 manatadək, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək cərimə edilir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər isə 2000 manatdan 2500 manatadək cərimə edilməklə Azərbaycan ərazisindən inzibati qaydada çıxarılır.

Müzakirə zamanı deputatlar Aqil Abbas, Zahid Oruc, Siyavuş Novruzov dini ədəbiyyatın ölkəyə qeyri-qanuni gətirilməsinə toxunaraq bu sahədə cəzaların sərtləşdirilməsini təklif ediblər. Rəbiyyət Aslanov dinin canlanmasından qorxulu bir məqamın olmadığını vurğulayaraq, bu sahəyə cavabdeh qurumların məsələyə ciddi yanaşmasını tövsiyə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG