Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:56

Xarici işlər nazirləri Türkiyədə görüşəcək


İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri səviyyəsində görüşü İstanbulda keçiriləcək. Dekabrın 22-də 19 ölkənin xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək görüşdə Elmar Məmmədyarovun çıxışı nəzərdə tutulub.

Bu barədə Azadlıq Radiosuna Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov məlumat verib: “Görüşdə nazir Elmar Məmmədyarovun çıxışı planlaşdırılır. Nazir çıxışında Azərbaycanın xarici iqtisadi siyasətini, o cümlədən Azərbaycan uzun müddətli iqtisadi planları haqda məlumat verəcək”.

Dekabrın 23-də isə İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Sammit görüşü keçiriləcək.
XS
SM
MD
LG