Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:31

Daha bir ayı azad olunub


Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşları istirahət kompleksləri, restoran, kafe, və digər iaşə obyektlərində vəhşi heyvanların saxlanılmasının qarşısını almaq məqsədilə növbəti yoxlama keçiriblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Binəqədi rayonu ərazisində yerləşən istirahət mərkəzindən 1 ayı götürülüb. İstirahət mərkəzi isə hüquqi şəxs qismində cərimə olunub.

2010-cu ilin noyabr-dekabr aylarında nazirliyin keçirdiyi reydlər zamanı 20-dən artıq qonur ayı, onlarla məməli və quş növləri götürülərək klinikaya təhvil verilib.

Heyvanlar Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına verilib. Heyvanlar baytar həkimlərinin nəzarəti altında tam müayinə olunub. Reabilitasiya dövrü keçdikdən sonra yaşayış məntəqələrindən uzaqda yerləşən meşə ərazilərinə buraxılıb. Hazırda 3 qonur ayı və 2 qartal kimilər fəsiləsinə aid quş Klinikada reabilitasiya keçir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir ki, mərkəz nazirliyin daxili imkanları hesabına fəaliyyət göstərir. Hazırda heyvanların qidalandırılması ilə bağlı Mərkəzin ciddi çətinlikləri var.

Günün bütün mövzuları

XS
SM
MD
LG