Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:40
Milli Məclis Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndəsi Tomas Parevanın Dağlıq Qarabağa səfərini pisləyən müraciət hazırlayır.

Avropa Parlamentinə ünvanlanacaq müraciət Milli Məclisdə müzakirə olunur.

Dekabrın 21-də Milli Məclisin sədri Oqtay Əsədov bu barədə millət vəkillərinə məlumat verib. O bildirib ki, Parevnanın Dağlıq Qarabağa səfəri və orada separatçılarla danışığı yolverilməz haldır və Milli Məclis də bu məsələyə münasibət bildirməlidir.

Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov də çıxış edərək bu səfəri pisləyib. O, bildirib ki, Parevanın Dağlıq Qarabağa getməsi və orada separatçılarla görüşməsi nəinki Azərbaycanın ərazi bütövlüyünə zidd hərəkətdir, bu həmdə Avropanın siyasətinə ziddir. Səməd Seyidov Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin də müraciət hazırlayacağını bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG