Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:50

İranın vitse-prezidenti korrupsiya ittihamı ilə məhkəməyə verilib


İranın Birinci vitse-prezidenti Məhəmməd Reza Rahimi, 13 yanvar 2009
İranın Birinci vitse-prezidenti Məhəmməd Reza Rahimi, 13 yanvar 2009
İranın Birinci vitse-prezidenti korrupsiya ittihamları ilə məhkəməyə verilib. Bu barədə İran Ədliyyə Nazirliyindən dekabrın 20-də məlumat veriblər.

Son aylar parlamentin mühafizəkar deputatları Birinci vitse-prezidenti Məhəmməd Reza Rahimini tez-tez korrupsiyada ittiham edirlər. Bu yaxınlarda nüfuzlu mühafizəkar deputatlardan olan Elias Naderan onu korrupsiya həlqəsinin lideri adlandırıb.

Assosiated Press agentliyi məlumat verir ki, bu, Rahiminin məhkəməyə verilməsi barədə ilk rəsmi xəbərdir. Vitse-prezident özü ittihamları rədd edir.

Keçən həftə prezident Mahmud Əhmədinejadın Xarici İşlər nazirini işdən çıxarması ilə də Tehranda siyasi dairələrdə dalğalanma yaranıb. İndi vitse-prezidentin korrupsiya ittihamı ilə məhkəməyə çəkilməsi İran hakimiyyətini daha da çətinə salıb.

İranda prezident Mahmud Əhmədinejadın müavinləri kimi 12 vitse-prezident fəaliyyət göstərir. 61 yaşlı Reza Rahimi onların arasında səlahiyyətcə ən yüksəyidir.

İSNA agentliyi İranın Ədliyyə Nazirliyinin sözçüsü Qulam Hüseyn Möhsüni Ejheniyə istinadla xəbər verib ki, indi vitse-prezident məhkəmə qarşısında dayanmalı olacaq: “Birinci vitse-prezidentlə bağlı ittihamlar araşdırlmalıdır, bununla da onun məsuliyyətə cəlb ediləcəyi, yoxsa bəraət veriləcəyi bəlli olacaq” – deyə sözçü bildirib.

Qulam Hüseyn Möhsüninin dediyinə görə mənimsəmə ittihamı ilə bir neçə nəfər artıq həbs edilib. İstintaq zamanı bu adamların Birinci vitse-prezident Məhəmməd Reza Rahimi ilə əlaqələri ortaya çıxıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG