Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:27

Allahşükür Paşazadə Medvedevə məktub göndərib


Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Rusiya prezidenti Dmitri Medvedevə məktub göndərib.

ANS-in məlumatına görə məktubda bu yaxınlarda Rusiyanın Moskva və digər şəhərlərində baş vermiş etnik toqquşmalarla əlaqədar narahatlıq ifadə olunur.

“Rusiya kimi çoxmillətli ölkədə bu cür etnik münaqişələrin təzahür etməsi yolverilməzdir və buna görə QMİ sədri bu ölkədə baş verənlərlə bağlı narahatlığını bildirərək prezidentini belə mənfi hadisələrin qarşısını almağa çağırıb”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə QMİ-nin mətbuat xidmətindən bildirilib.

Son vaxtlar Rusiya paytaxtında millətçilərlə Qafqazdan olan qruplar arasında toqquşmalar səngimir.

Günün bütün mövzuları

XS
SM
MD
LG