Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:29

Lukaşenko “inqilab olmayacaq” deyir


Belorus prezidenti seçkidən sonra etiraz aksiyası keçirən müxalifət fəallarının döyülməsinə görə beynəlxalq tənqidlərə cavabında “inqilab olmayacaq” deyib. Aleksandr Lukaşenko dekabrın 20-də çıxışında seçkiyə görə etiraz aksiyasını “quldurluq” adlandırıb.

Bazar günü keçirilən prezident seçkisnin saxtalaşdırldığını deyən müxalifət məntəqələrin bağlanmasından dərhal sonra tərəfdarlarını küçələrə çağırıb. Polislə toqquşmalarda on nəfərin yaralanması, 600 nəfərin saxlanması barədə xəbərlər var. Seçkidə Lukaşenkoya rəqib olmuş doqquz nəfərdən yeddisi də həbs edilib.

MSK 1994-cü ildən hakimiyyət başında olan Lukaşenkonun bu dəfə də 80 faizə yaxın səs toplayaraq qalib gəldiyini elan edib.

ATƏT-nin seçkini müşahidə missiyası xüsusilə səslərin sayılması prosesinin ciddi qanun pozuntuları ilə keçdiyini bildirib.

Avropa Birliyi və ABŞ müxalifət tərəfdarlarına təzyiqləri və namizədlərin həbsini pisləyib. Rusiya prezidenti Dmitri Medvedev isə bu seçkini Belorusun “daxili işi” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG