Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:15

ATƏT seçkinin Belorusa “yeni başlanğıc” verə bilmədiyini deyir


ATƏT-in müşahidəçiləri bildiriblər ki, bazar günü keçirilmiş prezident seçkisi Belorusa “yeni başlanğıc” vermək ümidlərini doğrultmadı.

Seçkidən dərhal sonra Lukaşenkoya rəqib olmuş doqquz namizəddən yeddisi həbs edilib.

ATƏT-in Müşahidə Missiyasının rəhbəri Toni Lloyd bildirib ki, hökumət prezidentliyə namizədlər, jurnalistlər və insan haqları fəallarının həbsinin məsuliyyətini nəzərə almalıdır. O, əlavə edib ki, “səslərin bu şəkildə xətalı sayılması və kobud müdaxilələr”dən sonra bu seçki haqqında müsbət fikir söyləmək mümkün deyil.

Missiyanın rəhbəri bildirir ki, Mərkəzi Seçki Komissiyası bu prosesdə bitərəf olmayıb.

Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri də seçkidən sonra baş vermiş zorakılıqları pisləyib, həbs olunanları tezliklə azadlığa buraxmağa çağırıb. ABŞ da müxalifətin Minskdə keçirdiyi aksiyada zor tətbiq etdiyi üçün qınayıb.

MDB-dən olan müşahidə missiyası isə Belorusda keçirilən prezident seçkisinin heç bir qanun pozuntusu olmadan qanuni şəkildə keçirilib.

Seçkidən dərhal sonra Minskin mərkəzi meydanında nümayişçilərlə polis arasında toqquşmalar olub. 10 nəfərin yaralandığı, 600 nəfərin saxlandığı bildirilir. Hökumət kütləvi iğtişaşlarla bağlı cinayət işi açılıb.

Belorus hakimiyyəti prezident seçkilərində Aleksandr Lukaşenkonun qələbə qazanaraq 4-cü dəfə prezident seçildiyini bəyan edib. Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidiya Yermoşina bu gün səhər ilkin rəsmi nəticələri elan edib, bildirib ki, Belarusa 1994-cü ildən rəhbərlik edən Lukaşenko 80 faizə yaxın səs toplayıb.

Müxalifət bildirir ki, seçkilərdə kütləvi pozuntular olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG