Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:47

İran Cundullahın 11 üzvünü edam edib


İran keçən həftə şiələrin yas mərasimini pozmaq üçün intiharçı partlayışı təşkil etmək ittihamı ilə Cundullah qrupunun 11 üzvünü edam edib. Məhkəmənin sözçüsü onların terrorçuluq və polisə silahlı müqavimətdə ittiham edilərək dekabrın 20-də asıldıqlarını bildirib.

Dekabrın 15-də 39 nəfərin həlak olması ilə nəticələnmiş partlayışa görə məsuliyyəti sünni yaraqlı qrupu kimi təqdim edilən Cundullah öz üzərinə götürüb.

Bu qrup şiələrin üstünlük təşkil etdiyi İranda sünni müsəlmanların ayurıseçkiliyə məruz qaldıqlarını iddia edərək buna qarşı mübarizə apardığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG