Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:48

Tacikistanda həbsxanadan qaçanlardan yeddisi tutulub


Avqust ayında Tacikistanda həbsxanadan qaçmış 25 nəfərdən yeddisi Əfqanıstanla sərhəddə tutulub. Tacikistanın təhlükəsizlik xidməti məlumat verib ki, saxlananlardan ikisi dövlət çevrilişinə cəhddə ittiham olunur.

Təhülkəsizlik xidməti ötən həftə sonu keçirilən əməliyyatda silah qaçaqmalçılığı və qətllərdə ittiham olunan üç Əfqanıstan vətəndaşını da saxladığını bildirib.

İndiyə qədər həbsdən qaçan 25 məhbusdan 17 nəfəri ya öldürülüb, ya da yenidən həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG