Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:26

Hökumətin tərkibinin elan edilməsi təxirə düşüb


İraqın baş naziri Nuri əl-Maliki yeni hökumətin tərkibinin elan edilməsini iki günlüyə təxirə salıb.

Son məlumatlara görə, hələlik müdafiə, daxili işlər və təhlükəsizlik nazirləri postuna kimin təyin olunacağı ilə bağlı hələ razılaşma əldə etməyib.

Dekabrın 25-də hökumətin tərkibi təsdiq olunmaq üçün parlamentə təqdim olunmalıdır.

İraqda martda keçirilən seçkidən sonra siyasi böhran hökm sürürdü. Yalnız noyabr ayında aparıcı partiyalar və bloklar koalisiya yaratmaq haqqında razılığa gəliblər.
XS
SM
MD
LG