Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:35

Minskdəki toqquşmalarda 600 nəfər saxlanılıb


Belorusda dünənki prezident seçkisindən sonra Aleksandr Lukaşenkonun 9 rəqibindən yeddisi saxlanılıb.

Bu haqda Belorus mediası müxalifətə istinadən xəbər verir. Namizədlərdən biri Vladimir Neklyayev polislə toqquşma zamanı başından xəsarət aldığı üçün xəstəxanaya düşüb. Onun həyat yoldaşı bildirib ki, Neklyayev xəstəxanada müalicə olunduğu vaxt o naməlum istiqamətə aparılıb. İndi onun harada olması məlum deyil.

Seçkidən dərhal sonra Minskin mərkəzi meydanında nümayişçilərlə polis arasında toqquşmalar olub. 10 nəfərin yaralandığı bildirilir. 600 nəfər saxlanılıb. Kütləvi iğtişaşlarla bağlı cinayət işi açılıb.

Belorus hakimiyyəti prezident seçkilərində Aleksandr Lukaşenkonun inamlı qələbə qazanaraq 4-cü dəfə prezident seçildiyini bəyan edib.

Ölkənin Mərkəzi Seçki Komissiyası da bu gün səhər ilkin rəsmi nəticələri açıqlayıb. Həmin nəticələrə görə, Belarusa 1994-cü ildən rəhbərlik edən Lukaşenko 80 faiz səs toplayıb.

Müxalifət bildirir ki, seçkilərdə kütləvi pozuntular olub.
XS
SM
MD
LG