Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:26

Rayonlarda meşələr yanır


Tovuzun Şıxıheybət kəndindəki meşədə yanğın olub. 15 hektar ərazi yanıb.
Tovuz rayon Fövqəladə Hallar Komissiyasının sədri Mail Həsənovun verdiyi məlumata görə, yanğın üç gün bundan əvvəl başlayıb.

Mail Həsənov bildirib ki, yanğın baş verən ərazi coğrafi baxımdan çətin olduğundan ora texnikanı qaldırmaq mümkün deyil. Bütün idarə və müəssisələrindən 500 nəfərə yaxın adam yanğın yerinə gedib. Yanğının söndürülməsində əl əməyindən istifadə olunur.

Şəki rayonunun Zəyzit kəndi yaxınlığında və Oğuz rayonunda da güclü meşə yanğınları baş verib. Alov 10-15 hektar sahəni əhatə edib. Yanğınların səbəbi məlum deyil.
XS
SM
MD
LG