Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:13

Lukaşenkonun rəqibi olan 3 müxalifətçi namizəd həbs olunub


Belorus hakimiyyəti prezident seçkilərində Aleksandr Lukaşenkonun inamlı qələbə qazanaraq 4-cü dəfə prezident seçildiyini bəyan edib.

Ölkənin Mərkəzi Seçki Komissiyası da bu gün səhər ilkin rəsmi nəticələri açıqlayıb. Həmin nəticələrə görə, Belarusa 1994-cü ildən rəhbərlik edən Lukaşenko 79.67 faiz səs toplayıb.

Seçkidən dərhal sonra Minskin mərkəzi meydanında nümayişçilərlə polis arasında toqquşmalar olub. Lukaşenkonun rəqibi olan 3 müxalifətçi namizəd həbs olunub. 4-cü namizəd Vladimir Neklyayev isə polislə toqquşma zamanı başından xəsarət aldığı üçün xəstəxanaya düşüb. O xəstəxanada müalicə olunduğu vaxt xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən naməlum istiqamətə aparılıb.
XS
SM
MD
LG