Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:29

Lukaşenko 70 faizdən artıq səs yığır


Ekzitpolun məlumatına görə Belarusda keçirilən prezident seçkilərində hazırkı prezident Aleksandr lukaşenko 70 faizdən çox səs toplayır.

İkinci və 3-cü yerlərdə isə 4 faiz səslə müxalifətdən olan namizədlər Andrey Sannikau ilə Vladimir Neklyayev gəlirlər.

Son məlumata görə, artıq seçkidə seçicilərin yarıdan çoxu iştirak edib və seçkini baş tutumuş hesab etmək olar.

Müxalifət əvvəlcədən nəticələrin saxtalaşdırılacağını demişdi.

Müxalifətdən olan namizədlər seçiciləri məntəqələr bağlanan kimi Minskin mərkəzi meydanına yığışmağa çağırıblar.

Amma hakimiyyət istənilən qanunsuz hərəkətin qarşısının amansızcasına alınacağını xəbərdarlıq edib.

Prezidentlik uğrunda 16 ildir ki, dövlət başçısı olan Aleksandr Lukaşenko da daxil olmaqla 10 namizəd mübarizə aparır.

Seçkinin gedişini ATƏT-dən 400 müşahidəçi izləyir.
XS
SM
MD
LG