Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:35

Moskvada yüzlərlə gənc saxlanıb


Moskvada qanunsuz aksiya keçirmək istəyən 1000-dən artıq adam saxlanıb.

Radikal, millətçi gənclərdən travmatik tapanca və digər soyuq silahlar götürülüb.

Moskva ətrafında keçirilmiş reyd zamanı polis şöbələrinə 800-dən çox adam gətirilib.

Volqoqradda isə bir qrup maskalı gənc şəhərin mərkəzi meydanında yürüşə çıxaraq millətçi çüarlar səsləndiriblər.

Aksiya zamanı azı 150 nəfər saxlanıb.

Samarada isə polis bölməsinə 100-ə yaxın gənc gətirilib.

Onlar şəhərin mərkəzi parklarından birinə yığışmaq istəyirmişlər.

Bu il dekabrın 6-da «Spartak» futbol klubunun fanatı Yeqor Sviridov öldürüldükdən sonra Moskvada və Rusiyanın bir sıra regionlarında qafqazlılara münasibət pisləşib. Onlara küçədə, metroda hücum edildiyi bildirilir.
XS
SM
MD
LG