Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:13

Venesuela yeni ABŞ səfirinə etiraz edir


Rəsmi Karakas bir daha ABŞ-ın Larri Palmeri Venesuelaya səfir təyin etməsinə etirazını bildirib.

Buna səbəb yeni səfirin Venesuela hökumətini tənqid etməsi olub.

Dövlət Departamentinin nümayəndəsi bildirib ki, Senat onun namizədliyini təsdiq edən kimi səfir Karakasa gedəcək.

Venesuela prezidenti Uqo Çaves isə bəyan edib ki, əgər o ölkəyə gəlməyə cəhd göstərsə, saxlanıb geri qaytarılacaq.

Larri Palmer bu ilin avqustunda namizədliyi müzakirə olunarkən Venesuela hərbçilərinin mənəvi keyfiyyətləri barədə tənqidi sözlər deyib.

O, həmçinin Venesuela hökuməti ilə Kolumbiya üsyançıları arasında əlaqənin mümkünlüyündən narahatlıq bildirib.
XS
SM
MD
LG