Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:21

Kuba islahatlara hazırlaşır


Kuba Dövlət Şurasının sədri Raul Kastro ölkə vətəndaşlarını radikal iqtisadi islahatları dəstəkləməyə çağırıb.

Kastro qeyd edib ki, söhbət Kuba inqilabının taleyindən gedir.

Kuba hökuməti iqtisadiyyatda dövlət tənzimləməsinin azaldılması və özəl sektorun xeyli genişləndirilməsini nəzərdə tutan islahatlara hazırlaşır.

Məlumatlara görə, bu islahatlarda dövlət sektorunda 500 min iş yerinin ixtisarı nəzərdə tutulur.

Eyni zamanda özəl biznes, kiçik və orta özəl müəssisələrin inkişafına qoyulmuş bir çox qadağa aradan qaldırılacaq.
XS
SM
MD
LG