Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:19
Qətərin kral ailəsi İngiltərənin “Manchester United” futbol klubuna 1, 5 milyard funt-sterlinq ödəməyə hazırdır. Bu haqda “The Mirror” qəzeti məlumat verir.

Qətərin kral ailəsi “Qatar Holding” investisiya şirkətinin sahibidir.

Bu günlərdə Qətər 22-ci il Dünya Çempionatına ev sahibliyi hüququ qazanıb. Bu ölkə Avropa futbolunda öz təsir dairəsini genişləndirməyə cəhdlər edir.

Belə ki, ötən həftə katalon klubu “Barcelona” qeyri-kommersiya təşkilatı olan “Qatar Foundation” ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən katalonlar beş il ərzində fonddan 166 milyon avro alacaq.

Onu da xatırladaq ki, “Manchester United” klubu hazırda amerikalı sahibkarlar Qleyzerlər qardaşlarına məxsusdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG