Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:54

İki hücumda 13 hərbçi öldürülüb


Bazar günü Əfqanıstanda törədilmiş 2 hücumda 13 hərbçi ölüb.

Ölkənin şimalında yerləşən Gündüz əyalətində 4 intiharçı çağırışçıların yığışdığı hərbi məntəqədə partlayış törədiblər.

Nəticədə 5 əsgər, 3 polis və hücum edənlərdən 3-ü ölüb.

Kabildə isə 2 yaraqlı hərbçiləri aparan avtobusa hücum ediblər.

Onlardasn biri yerindəcə güllələnib,digəri isə partlayıcını işə salıb.

Nəticədə 5 əsgər həlak olub,bir neçə nəfərsə yaralanıb.

Hər iki hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.
XS
SM
MD
LG