Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:26

82 min avroya oyuncaq


Yeni il yolkasını bəzəyən şüşə şarların ilk dəfə kütləvi istehsalına XIX əsrdə, 1848-ci ildə Saksoniyada başlanıb.

O vaxtdan bu sahədə çox şey dəyişib. Oyuncaqların hazırlandığı materiallar da çeşid-çeşiddi: qiymətli metaldan və daşlardan, billurdan, farfordan.

Artıq belə oyuncaqların istehsalı ilə həm də “Swarovski”, “Versace”, “Hallmark Jewellers” kimi zərgərlik və moda evləri məşğul olur.

“Forbes” yazır ki, məşhur istehsalçıların oyuncaqları təxminən 100 avroyadır.

ƏN BAHALI OYUNCAQ İSTEHSALÇISI “HALLMARK JEWELLERS” SAYILIR

Amma bu nədir ki...Qiymətli yüz minlərlə ölçülən, əl əməyi kimi dəyərləndirilən oyuncaqlar da var.

Bu gün ən bahalı oyuncaq istehsalçısı “Hallmark Jewellers” sayılır.

Şirkətin ən bahalı oyuncağı ağ qızıldan hazırlanıb, 1500 brilyant və 188 yaqutla bəzənib. Onu iki qızıl həlqə əhatə edir.

Bu oyuncaq 130 saata başa gəlib. Onu bahalı edən həm də əl əməyi olmasıdır. Qiymətinə gəlincə, 82 min avrodur.

Oyuncaq Ginnesin Rekordlar Kitabına düşüb.

İstehsalından bir il ötsə də, müştərisi tapılmır. Amma şirkət ruhdan düşmür, bir nüsxədə hazırlanan oyuncaq həm də yaxşı reklam vasitəsidir.

/Sayta hazırladı: Şahnaz Bəylərqızı/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG