Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:03

«Suyu bulandırmağa cəhd göstərənlər fiaskoya uğrayacaq…»


Rahim Hacı və Etibar Hüseynov
«Panorama» verilişində deputat Etibar Hüseynov və «Azadlıq» qəzetinin redaktor müavini Rahim Hacı bu məsələ ətrafında fikirlərini bölüşürlər.

Etibar Hüseynov:

«SUYU BULANDIRANLAR FİASKOYA UĞRAYACAQ»


«Azərbaycan dövləti güclü və qüdrətlidir. Onunla vaxtilə tanklarla, xüsusi dəstələrlə danışmağa cəhdlər olub. Bunlar hamısı heç bir nəticə verməyib, uğursuzluğa yuvarlanıb. Azərbaycan dövləti səviyyəsində, dövlət başçısı səviyyəsində məscidlər tikilirsə, təmir edilirsə, bu, dindarlarla təzyiqlərdən xəbər vermir. Mən heç bir təhlükə görmürəm. Kimlər indiki vəziyyətdə suyu bulandırmağa cəhd göstərir, fiaskoya uğrayacaq…».

Rahim Hacı:

«ƏDALƏTSİZLİK OLANDA, HÜQUQ BƏRABƏRLİYİ POZULANDA, RÜŞVƏT MÜSTƏSNA FAKTORA ÇEVRİLƏNDƏ…»

«Cəmiyyətdə ədalətsizlik olanda, hüquq bərabərliyi pozulanda, rüşvət müstəsna faktora çevriləndə, cəmiyyətlə dövlətin əlaqələri itir. Belə halda tamamilə yadlaşma gedir və fərqli maraqlar ortaya çıxır. Onda narazılıq hansısa siyasi əsasda, hansısa dini zəmində ortaya çıxır. Yəni cəmiyyətlə hökumət arasında, dövlətlə insanlar arasında əlaqə itəndə aydındır ki, maraqlı qüvvələr bundan istifadə etməyə çalışacaqlar. Burada məsuliyyət hökumətin üzərinə düşür. Hökumət elə işləməlidir ki, onun vətəndaşlarını kənar maraqlara çəkməsinlər…».

Şərhləri göstər

XS
SM
MD
LG