Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:41

Böyük Qafqaz sıra dağlarında yanğn başlayıb


Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, Azərbaycanın şimal-qərbinə aid hissəsində yanğın başlayıb.

APA-nın məlumatına görə, yanğın ötən gün Şəkinin Baş Kəldək kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti xəbəri təsdiqləyib.

Hadisə yerinə dərhal yanğınsöndürən maşınlar və canlı qüvvə göndərilib.

Yanğın 5 hektara yaxın ərazini əhatə edir. Yanğın yüksəklikdə baş verdiyindən onu söndürmək çətindir.

Bu gün səhərdən isə silsilənin rayonun Baş Zəyzid kəndi ərazisindən keçən hissəsində yanğın başlayıb.
Hazırda alovla mübarizə gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG