Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:11

Cəlilabadda Aşura mərasimindən sonra saxlanan olub


Bu barədə AzadlıqRadiosuna Cəlilabad sakini Azər Nəzərov məlumat verib.

Aşura Günü (dekabrın 16-sı) rayon dindarları hicaba qadağaya etiraz olaraq aksiya keçirmişdilər.

Azər Nəzərov deyir ki, bu hadisədən sonra rayonun 5 sakini polisə çağırılıb:

«Dekabrın 17-də saat 16.00 radələrində Həsən və Hüseyn Məmmədov qardaşlarını polis şöbəsinə çağırdılar. Hüseyn gecə saatlarında sərbəst buraxıldı, Həsən isə hələ də içəridədir. Həsənə 9 sutka verilə bilər. Həmin gün Cəlilabad rayon Cümə Məscidinin axundu Hacı Mahmud, Quran müəllimi Çingiz Əliyev və Hacı Anarı da bir saat dindirdikdən sonra buraxıblar».

Cəlilabad rayon Polis Şöbəsindən isə AzadlıqRadiosuna məlumatı təkzib etdilər.
XS
SM
MD
LG