Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:15

Koreya yarımadasında vəziyyət yenidən gərginləşir


“Koreya yarımadasında vəziyyət barıt çəlləyinə bənzəyir, bütün tərəflər maksimum səbrli olmalıdır”.

Bunu Şimali Koreyada səfərdə olmuş ABŞ-ın Nyu-Meksika ştatının qubernatoru Bill Riçardson CNN-ə müsahibəsində deyib.

O, Pxenyanda baş nazir və digər ölkə rəsmiləri ilə görüşüb.

Həmçinin Çin xəbərdarlıq edib ki, Şimali və Cənubi Koreya arasında yeni toqquşma ola bilər və bu regionda sabitliyə təhlükədir.

Çinin xarici işlər nazirliyi tərəfləri gərginliyə aparan hərəkətlərdən çəkinməyə çağırıb.
Pxenyan xəbərdarlıq edib ki, əgər Cənubi Koreya sərhəd bölgəsində yeni hərbi təlimə başlasa buna sərt cavab veriləcək.

Çin Cənubi Koreyanı yaxın vatlara nəzərdə tutduğu bu plandan daşınmağa çağırıb.
XS
SM
MD
LG