Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:42














Fikrimi fikrinlə məşgul et mənim!

Fikrimi fikrinlə məşgul et mənim!
Səndən başqasını anmasın zehin.
Hər qələm götürüb yazdığım anda,
Tək səni vəsf etsin sətrim, şeirim.

Fikrimi fikrinlə məşgul et mənim!
Səni dərk etmənin içində batım.
Görsən qərq olmuşam lap ölməkdəyəm,
Yenə də düşündür, qoy səni tapım.

Fikrimi fikrinlə məşgul et mənim!
Ey dünyam, nəçisən, kimsən mən bilim.
Səni bu cahana tay tutdum çünki,
Dünyamın içində dünyamsan mənim.

30.10.2010 14:10


Dəniz gözlüm

Səni neyçün sevirəm mən?
Heç özüm də biləmmirəm.
Bildiyim bir həqiqət ki,
Gözlərini dəniz bilib,
o dənizdə batıram mən.
Boğuluram o gözlərdə, qərq oluram,
Qurtulmaqçün səssiz sahil
və bir liman axtarıram.
Nə sahil var, nə də liman,
Nə də gəmi keçir burdan.
Tək qalıram, boğuluram,
Su içində suya həsrət odlanıram.
Nə qəribə sevgi ki, bu
Sənin dəniz gözlərində bata-bata,
yenə səni axtarıram.


İki gəmi!

Bir dənizin iki ayrı gəmisiyik səninlə biz,
Sənin yolun başqa sahil, mənmkisi bir başqadır.
Hər çalınan fit səsiylə söhbət edər iki ürək,
Səni məni qopararaq apararlar, biz neyləyək?!

Çılğln, dəcəl qağayılar səsimizə hay verərək,
Qışqırışar, iki qəlbi bir-birindən qoparmayın deyə-deyə.
Dəniz susar, dalğa baxar hürkək-hürkək,
Əlimizdə deyil sükan, biz neyləyək?!

Günəş qaçıb gizlənərək buludların arxasında,
Oğrun-oğrun süzər ordan ayrılığı.
Buludlarsa kipriyini sıxıb ağlar,
Dalğa udar göz yaşını.
Az qalar ki, dəniz coşsun hönkürərək,
Güc çatmayır durdurmağa, biz neyləyək?!

Çarə yoxsa ağlamayın, ey buludlar!
Siz də susun, səs etməyin əbəs yerə, qağayılar!
Sən də Günəş , buludların arxsından çıx, utanma,
Ey əlacsız qalan dəniz, dalğanl da durdur artıq,
Biz gəmiyik yola çıxdıq gedək gərək.
Diləsək də olmasını, olmur isə , biz neyləyək?!
.........
Ancaq yenə son ümidlə pıçıldayır sevən ürək,
Getmə dayan, olacaqdır, biz diləyək!

24.09.2010


Təbəssümün!


Bir təbəssüm yetə bilər,
Sınan qəlbi almaq üçün.
Ömrü yaşa xoş əməllə,
Yaddaşlarda qalmaq üçün.

Onsuz da bu dünya dərdi,
Çəkildikcə bitən deyil.
Ağlasan da hönkür-hönkür,
Göz yaşını silən deyil.

Gül kədərə inad ilə!
Dərd utansın gəlişindən.
Köçüb getsən bu dünyadan,
Danışılsın gülüşündən.

Elə anıl, xatırlan ki,
Üzlərdə oyansın fərəh.
Yoxluğun varmışsam kimi,
Könüllərə versin rifah.

Gözlərindən tökülən yaş,
Təki axsın sevincindən.
Hər büdrəyən tuta bilsin,
Güvənərək əllərindən.

Ol ki, bir dost könüllərdə,
Əsrlərlə taxt qurasan.
Təbəssümün, gülüşünlə,
Qəm bəndini dağıdasan.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG