Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:01

Avropa Birliyi Çernoqoriyaya namizəd statusu verdi


27 dövlətin birləşdiyi Avropa Birliyi dekabrın 17-də Çernoqoriyaya tam üzvlüyə namizəd statusu verdiyini açıqlayıb. Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso bildirib ki, bu, Birliyin Balkan ölkələrinin gələcəyi haqqında çox ciddi bir siqnalıdır.

Namizəd statusu Avropa Birliyinə üzvülüyün ən əsas mərhələsi hesab edilir. Amma tam üzv statusu qazanmaq üçün hələ Çernoqriyaya daha dörd-beş il lazım ola bilər.

Çernoqroiya Serbiyadan ayrılandan sonra, 2006-cı ildə müstəqil dövlət kimi tanınıb. Balkanlardakı səkkiz dövlətdən hələlik yalnız Sloveniya Avropa Birliyinin üzvüdür. Xorvatiyanın da tam üzvlük üçün lazım olan prosesi 2012-ci ilə başa çatdırıb bu statusu əldə edəcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG