Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:21

Pensiyaçı hökumətə 10 min dollar qaytarıb təşəkkür etdi


Cənubi Karolinada bir pensiyaçı pul sıxıntısı çəkən Kaliforniyaya 10 000 dollarlıq çek göndərib. 74 yaşlı Dennis Ferguson bunun hardasa 50 il əvvəl işsizliyə görə ona müavinət verilməsinə minnətdarlıq üçün verdiyini deyib.

Ferguson bildirib ki, 26 yaşında işdən çıxarıldandan sonra aldığı 1100 dollar işsizlik müavinə ona yenidən məktəbə gedib, karyerasını qurmağa, öz ayaqları üstündə dayanmağa yardım edib.

Yerli qanunlara görə onun bağışladığı 10 000 dollar Kaliforniyada ictimai məktəbələrə xərclənəcək.

ABŞ-ın bu ştatında büdcə kəsirinin iyul ayında başlayacaq növbəti maliyyə ilində 25 milyard dollara çatacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG