Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:13

Assange ABŞ-ın sərt araşdırmalarına məruz qaldığını bildirir


WikiLeaks saytının təsisçisi Julian Assange ABŞ rəsmilərinin onu və təşkilatını geniş miqyaslı araşdırmalara cəlb etdiklərini bildirir.

O, dekabrın 17-də jurnalistlərə bildirib ki, hələlik ABŞ-ın irəli sürdüyü rəsmi ittihamların məzmunu bəlli deyil:

- Biz araşdırmaların hansı əsasda aparıldığını bilmirik. Amma fakt odur ki, İsveçin istintaqı kimi bu iş də hələlik gizli araşdırlır.

Assange və vəkili deyiblər ki, ABŞ diplomatlarının dünyanın müxtəlif ölkələrindən Vaşinqtona göndərdikləri sənədləri yaydığı üçün Vaşinqtonun ona qarşı şpionluq ittihamı irəli sürə biləcəyini guman edirlər.

Hazırda Britaniyada olan Assange İsveç zorlamada ittiham edərək geri verməyi tələb edir. Amma Britaniya məhkəməsi dekabrın 16-da onu iri məbləğdə təzminatla azadlığa buraxıb. Assange zorlama ittihamının uydurma olduğunu bildirir.

Julian Assange əslən Avstraliyadan olduğundan bu ölkədə də polis onun fəaliyyətini araşdırıb. Amma dekabrın 17-də elan edib ki, WikiLeaks və onun təsisçisinin fəaliyyətində heç bir qanun pozuntusu aşkar edilməyib.

Xəbərə hələlik Vaşinqtondan bir reaksiya yoxdur. Amma ABŞ dəfələrlə bəyan edib ki, gizli sənədlərin yayılması qanunsuzluqdur.

Son bir neçə həftədə WikiLeaks saytı ABŞ diplomatlarının dünyanın müxtəlif ölkələrindən Vaşinqtona göndərdikləri gizli məktubların mətnioni yayır. Həmin məktublarda diplomatların işlədikləri ölkələrin rəhbərləri haqqında tənqidi fikirləri də yer alır, buna görə beynəlxalq qalmqala yaranıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG