Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:48

Polşa Rusiyanın qəza barədə araşdırmasının nəticələrini qəbul etmir


Polşanın Baş naziri Donald Tusk bu ölkənin prezidenti və onun xanımı da daxil olmaqla 94 nəfərin həlak olduğu təyyarə qəzası ilə bağlı Moskvanın təqdim etdiyi araşdırma nəticəsini “qəbuledilməz” adlandırıb. Polşa prezidentinin təyyarəsi bu il aprelin 10-da Rusiya ərazisində Smolensk yaxınlığında qəzaya uğrayıb.

Bu qəza ilə bağlı aylarla çəkən araşdırmalarından sonra Rusiya əldə etdiyi nəticələri Polşaya verib. Amma məzmunu mətbuata açıqlanmayan bu nəticələr Polşanı qane etməyib.

Baş nazir detallar haqqında danışmasa da dekabrın 17-də bildirib ki, Rusiyanın apardığı araşdırma təyyarə qəzalarının səbəbinin ortaya çıxarılması üzrə Çikaqo razılaşmasına ziddir.

Günün bütün mövzuları

XS
SM
MD
LG