Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:31

Avropa Birliyi böhranlar üçün daimi fond yaradır


Avropa Birliyi ölkələrinin liderləri daimi böhran fondu yaratmağa razılaşıblar. Bu fond avro pul vahidi işlədən 16 ölkədə borca görə hər hansı ciddi problem yaransa, onu həll etməlidir.

Avropa Birliyinin prezidenti Herman Van dekabrın 16-da Brüsseldə keçirilən mətbuat konfransında bildirib ki, Birlik ölkələri liderləri Lissabon Razılaşmalarına əlavələrin edilməsinə razılaşıblar. Həmin əlavələrdə isə 2013-cü ildən Avropa Sabitləşdirmə Mexanizmləri yaradılması nəzərdə tutulur. Bu, Avropa Birliyinin və Beynəlxalq Valyuta Fondunun avronun qorunması üçün formalaşdırdığı 750 milyard avroluq yardım fondunu əvəz etməlidir.

İndiyə qədər kəskin daxili borclar problemi ilə üzləşmiş Yunanıstan və İrlandiya bu fonddan yardımlar alıb. İndi Portuqaliya və İspaniyaya da eyni cür yardımın lazım ola biləcəyi haqqında narahatlıqlar var.

Günün bütün mövzuları

XS
SM
MD
LG