Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:54
Azərbaycanın Aktaudakı baş konsulluğunun himayəsi və “Azərbaycanın Qazaxıstanda Biznes İnvestisiyası Assosiasiyası”nın (ABİA) maliyyə dəstəyi ilə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin “Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən” kitabı qazax dilində çap olunub.

Bu haqda “Azərbaycan” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, kitabda Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir dövlətçiliyin möhkəmləndirilməsi və inkişafı yolunda qazanılan uğurlar, Azərbaycan prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət geniş şərh edilir:

“Əsərdə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra demokratiya, bazar iqtisadiyyatına keçid, milli dövlətə çevrilmə istiqamətində atdığı addımlar təhlil edilir, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən güclü dövlətin yaradılması, iqtisadiyyatın modernləşdirilməsi və azad vətəndaş cəmiyyətinin qurulması sahəsində həyata keçirilən prinsiplər əks etdirilir”.

Kitabın Qazaxıstanın dövlət orqanları və ictimaiyyət nümayəndələri arasında böyük maraq kəsb edəcəyini nəzərə alaraq, onun Astana və Aktau şəhərlərində təqdimatının keçirilməsi nəzərdə tutulub.

Kitab Qazaxıstanın dövlət orqanlarına, ali təhsil müəssisələrinə və kitabxanalara da təqdim ediləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG