Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:00

Qatar biletləri 10 gün əvvəl alınmalıdır


Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Azərbaycan dəmir yolunda gediş haqqında artım olmayacaq.

Bu barədə Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, bayram ərəfəsində dəmir yolu xəttinə əlavə olaraq 30-a yaxın vaqonun qoşulması nəzərdə tutulub. Əhali sıxlığının ən çox yerli istiqamətlərdə, əsasən də qərb istiqamətində olması gözlənilir.

Nadir Əzməmmədov həmçinin sərnişinlərə bayram ərəfəsində gedəcəkləri istiqamətə biletləri 10 gün qabaq almalarını məsləhət görüb. /Ans-Press/
XS
SM
MD
LG