Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:44
Dekabr ayının 18-də müğənni Nura Suri “Əli və Nino” kitab evində kitab satacaq.

“Əli və Nino” kitab evi tərəfindən həyata keçirilən aksiyada əsas məqsəd gənclərin kitaba və mütaliəyə marağını artırmaq və kitabı təbliğ etməkdən ibarətdir.

Eləcə də bu qeyri-adi aksiyada niyyət müğənnilərin geniş auditoriyasını kitaba cəlb etməkdir.

Tədbirdə Nura Surinin pərəstişkarları onun şəxsi imzası ilə həm yerli, həm də xarici kitabları əldə edə biləcəklər.

Tədbir Nizami küçəsi, 91 (Gənc Tamaşaçılar Teatrı ilə üzbəüz) ünvanında yerləşən dükanda saat 15.00-dan 17.00-dək baş tutacaq.

Qeyd edək ki, bir neçə həftə öncə yazarlar: Günel Mövlud, Nərmin Kamal və Sahilə İbrahimova da Əli və Nino kitab evində "Kitabı yazıçıdan al!" aksiyasında iştirak etiblər.

www.abzas.net

Günün bütün mövzuları

XS
SM
MD
LG