Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:21

Çin rəsmisi Hindistandan sonra Pakistandadır


Çinin baş naziri Ven Yiabao dekabrın 17-dən Pakistana 3 günlük səfərə çıxıb. Səfər zamanı iki ölkə arasında münasibətlərin genişləndirilməsi müzakirə olunacaq, 14 milyard dollarlıq bir sıra ticarət müqavilələrinin imzalanacağı gözlənilir.

Çinin baş naziri İslamabada gəlməzdən əvvəl Hindistanda olub, bu ölkə ilə 15 milyard dollarlıq müqavilələr imzalanıb. Çin Hindistana siyasi dəstək verəcəyinə vəd verib.

Bu gün Ven Yiabao Pakistanı inandırmağa çalışacaq ki, Hindistanla isti münasibətlərə baxmayaraq enerji, hərbi və iqtisadi sahədə əlaqələr möhkəmdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG