Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:12
Dekabrın 16-ı axşam saatlarında Ermənistan prezidenti Serj Sarkisyanın İqtisadiyyat naziri Nerses Yeritsiyanı işdən çıxarması barədə məlumat yayıldı. Ermənistan mediasının xəbərinə görə onun yerinə Maliyyə naziri Tiqran Davityan təyin edilib. Davitynaı isə Mərkəzi Bankın vitse-prezidenti Vaçe Qabrielyanın əvəz edəcəyi gözlənir.

Ermənistan prezidentinin sözçüsü Armen Arzumanyan dekabrın 16-da AzadliqRadiosunun erməni xidmətinə deyib ki, Serj Sarkisyanın yaxın günlərdə hökumətdə kadr dəyişiklikləri edəcəyi barədə yerli mediada yayılan xəbərlər düzdür. Amma o, gözlənən dəyişikliklər haqqında ətraflı nəlumat verməkdən imtina edib.

Ermənistanda isə qəzetlər özlərinin “etibarlı” mənbələrinə istinadla xəbər verirlər ki, ən azı Kənd Təsərrüfatı, Ekologiya nazirləri də tezliklə vəzifələrini itiriəcəklər.

Hakim Respublikaçılar Partiyası dekabrın 16-ı axşam saatlarında Yerevan meri vəzifəsinə öz namizədinin kimliyini elan etməlidir. Medianın məlumatına görə hakim partiya mer vəzifəsinə Ermənistanın qazpaylama şəbəkəsinin rəhbərini gətirmək istəyir.

Yerevanın keçmiş meri Qaqik Beqlaryan prezident administrasiyasının rəsmisini döyəndən sonra dekabrın 8-də istefa verib. Beqlaryanın da ardınca, Ədliyyə naziri Gevorq Danelyan əmrə tabe olmama ittihamı ilə istefaya göndərilib.

Hələlik Sarkisyanın hökumətə bu cür “süpürgə çəkməyinin” dəqiq səbəbləri məlum deyil.
XS
SM
MD
LG