Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:31

Prezident "Azercell"ə tezlik ayırılmasını tapşırdı


Prezident İlham Əliyev ötən ay “BakuTel-2010” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak edərkən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova “Azercell Telekom”un 3G xidmətləri göstərməsi üçün tezliklər ayrılmasını tapşırıb. “Media forum” saytı bu məsələnin nə yerdə olduğuna aydınlıq gətirməyə çalışıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov “Media forum”a bildirib ki, “Azercell” 3G xidməti göstərmək üçün tezlik almalıdır: “Tezliyi Radiotezliklər üzrə Dövlət Komissiyası (sədri baş nazir müavini Abid Şərifovdur) verir. Bizim nazirlik tezlik vermir. Tezliyin alınması ilə bağlı verilən arayış lisenziya almaq üçün təqdim olunan sənədlərdən biridir. “Azercell” şirkətinin bir neçə başqa sənədi də çatışmır. Sənədlər tam şəkildə təqdim olunduqdan sonra lisenziya verilməsi məsələsinə baxıla bilər”.

M.Əmirov digər sənədlərin nə olduğunu deməyib: “Hələlik birini dedim. Tezliklə bağlı sənəd təqdim olunsun, digərləri haqqında sonra danışarıq”.

“Media forum” saytı “Azercell” şirkətinin məsələyə mövqeyini öyrənə bilməyib.
Hazırda Azərbaycanda 3G xidmətindən yalnız “Azerfon” mobil şirkətinin abunəçiləri istifadə edə bilir. “Azercell” şirkəti 3G tezliyi almaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciətlər etsə də, indiyədək müsbət cavab almayıb.
XS
SM
MD
LG