Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:39
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə olarkən - Berlində nəşr etdiyi "Qurtuluş" jurnalının arxivi ilk dəfə olaraq "Bizim yol" qəzetində çap olunacaq.

1935-1937-ci illərdə nəşr edilmiş jurnalın 60 sayını Almaniyada yaşayan azərbaycanlı yazar və araşdırmaçı Nuridə Atəşi Berlin Dövlət Kitabxanasında aşkarlayıb.

Bundan başqa Nuridə Atəşinin yazıçı Əsəd Bəyin arxiv materiallarını nəşr etdiyi „Yüz ilin sirrləri“ adlı kitabı (2-ci cild) və „Qafqaz amazonlarının“ tarixi əsəri də ilk dəfə hissə-hissə „Bizim yol“ da dərc ediləcək.

Nuridə Atəşinin özü də yeni ildən „Bizim yol“ qəzetinə yazmağa başlayacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG