Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:46

Anomal istilərin səbəbi məlum oldu


«Hazırda Azərbaycanda müşahidə olunan mülayim hava şəraiti dekabr ayına xas deyil. Qonşu dövlətlərdə, eyni zamanda Qərbi Avropada anomal soyuq hava şəraitinin müşahidə edilməsinə baxmayaraq, Azərbaycanda hazırda qeydə alınan temperatur çoxillik iqlim normasından 5 dərəyədək yüksəkdir».

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.Onun sözlərinə görə, havanın belə mülayim keçməsinə səbəb orta atmosferdə bərqərar olmuş qərbi hava axınlarının istiqamətinin soyuq hava kütlələrinin ölkə ərazisinə müdaxiləsinə imkan verməməsidir. Buna görə də bu həftənin sonunadək ölkə ərazisində atmosfer sirkulyasiyasının dəyişməsi gözlənilmir. Bununla əlaqədar yaxın günlərdə hava şəraitində də mühüm dəyişiklik olmayacaq.

U.Tağıyeva deyib ki, yaxın günlərdə Bakı və Abşeron yarımadasında havanın temperaturu ötən günlərdən çox az fərqlənərək günorta saatlarında 13-15, Aran rayonlarında 14-18, dağlarda 9-14 dərəcə isti olacaq.

U. Tağıyeva deyib ki, Azərbaycan ərazisində anomal hava şəraitinin müşahidə edildiyi dekabr ayları əvvəlki illərdə də qeydə alınıb.
XS
SM
MD
LG