Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:59

İslam dinini qəbul etmədiyinə görə qətlə yetirilib


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Salyan rayon sakini İlkin Alıyevin məhkəməsi keçirilir. Məhkəmə iclasına hakim İradə Həsənzadə sədrlik edir. İlkin Alıyev qeyri-rəsmi nikahda olduğu Yelena Aleksandrovna Şirinovanı qətlə yetirməkdə təqsirləndirilir.

İttiham aktında qeyd olunur ki, İlkin Alıyev bu il avqustun 1-də Mingəçevir şəhərində Yelena Şirinovanın başını kəsib, cinayəti törədəndən sonra könüllü şəkildə polisə təslim olub.

İlkin Alıyev ifadəsində göstərib ki, Yelena Şirinovanı sosial şəbəkədəki tanışlıqlarına və islam dinini qəbul etməməsinə öldürüb. O, bildirib ki, həyat yoldaşından dinini dəyişərək xristianlıqdan islam dininə keçməsini tələb edib. Mübahisə qətllə nəticələnib.
Məhkəmə davam edir.
XS
SM
MD
LG